Araşdırmaların nəticəsində İsmayıllıda becərilən dərman bitkiləri haqqında müxtəlif məlumatlar əldə etdik.
Zəfəranın faydası
Əsrlərdir dünyanın bir neçə ölkəsində yetişdirilən bu qiymətli bitki onlarla dərdin dərmanıdır
Zəfəran tempereturu salır, öskürəyi kəsir. Bu özəlliklərinə görə, astma və bronxit xəstəliklərində faydalıdır. Bundan əlavə bu qiymətli bitki qaraciyər, öd, ürək, göz zəstəliklərinin də dərmanı ola bilər. Zəfəran diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir.
Zəfərandan necə istifadə etmək olar?
Göz xəstəliklərinin müalicəsində stəkana 5 qurudulmuş zəfəran telinin üzərinə 2 xörək qaşığı qaynar su əlavə edərək dəmə qoyurlar. 2 dəqiqədən sonra təmiz pambığa 2-3 damcı hopdurup səhər və axşam gözü silirlər. Əvvəlcə 3, ikinci gün 5, üçüncü gün 7, dördüncü gün isə 10 dəfə silmək lazımdır. Bu müalicə nəticəsində gözün görmə qabiliyyəti çox yaxşılaşır.
5 qurudulmuş zəfəran teli əzilib toz halına salınır. Sonra bərabər miqdarda gülab qatılıb sıyıq hazırlanır. Bu məlhəmi gözə sürtdükdə gözdə əmələ gələn bütün xəstəlikləri müalicə edir.
-
Qarğıdalı- Saçaqlarının dəmləməsindən böyrək xəstəliklərində istifadə olunur.
Bizlər əksəriyyətlə qarğıdalı dənələriylə maraqlanarıq. Saçaqları isə birbaşa zibilə gedər… Hətta dənələrin arasına sıxışan bir neçə tel olar bəzən, onları da dərhal sıxışdığı yerdən çıxardıb atarıq. Halbuki nə möcüzələr varmış onda… Alternativ tibbin göz bəbəklərindən imiş o…
6000 il əvvəl Cənub Amerikadakı And Dağları bölgəsi yerliləri tərəfindən yetişdirildiyi və istehlak edildiyi müəyyən olunan qarğıdalı bitkisinin dənələri, yüksək nisbətdə nişasta ilə doymamış yağ turşuları, A vitamini ehtiva edər. Buna görə qarğıdalı dənələri həm insanlar, həm də heyvanlar üçün qiymətli bir qida qaynağıdır. Dərman olaraq istifadə edilən qarğıdalı saplağının ehtiva etdiyi maddələr isə bunlardır: Glikoz və maltoz kimi şəkərlər, steroller, qatran, kalium duzları və uçucu yağ.
Tibbi Təsirləri və İstifadəsi: Açıq əsmər ya da qırmızıya bənzər rəngli yüngül və xüsusi qoxusu olan qarğıdalı saplağının tibbi təsirləri və bunlardan faydalanma üsulları belə yekunlaşdırıla bilər:
* Sakitləşdiricidir.
* Bədən gücləndirici toniktir.
* Romatizm müalicəsində köməkçi olar.
* Sidik sökdürücüdür
* Sidik yolları infeksiyası, prostat bezi infeksiyası müalicələrində təsirlidir
* Uşaqlarda böyrək problemlərinin sovuşdurulmasına köməkçi olar
* Qağıdalı dənələrindən əldə edilən qarğıdalı yağının, maye bitki mənşəli bir yeməli yağ olaraq, damar sərtliyini önlədiyini, istifadə edən kəslərə bu mövzuda böyük fayda təmin etdiyini ifadə etmədən keçə bilməyəcəyik
* Bir qarğıdalı saplağını isti suyun içinə qoyub 10 dəqiqə gözlədikdən sonra süzüb içildiyi təqdirdə zəiflətmə təsiri var
|