суббота, 4 апреля 2015 г.

Babalarımızın dediklərindən




İsmayıllı rayonu əsasən dağlıq ərazi olduğundan , burda yabanı şəkildə yayılmış dərman bitliləri çoxdur. Bununla yanaşı becərilən dərman bitkiləri də vardır. Yabanı  bitki olan çaytikanı bu yerlərdə dağ çaylarının sahilləridə bitir.


























Çaytikanı hansı dərdlərə dərmandır?

Onun meyvələrindən müxtəlif məhsullar hazırlanır

Sağlam olmaq üçün çox vaxt təbii müalicə yollarına və bitkilərə üz tuturuq. Təbii müalicəvi əhəmiyyətinə görə çaytikanı bitkisi bir çox dərdlərin əsl dərmanıdır. Təbabətdə çaytikanının əsasən meyvələrindən istifadə olunur ki, bu meyvələrin tərkibi də “B” qrup vitaminlər, eləcə də vitamin “C”, “A”, “E” üzvi turşular, limon turşusu və mikroelementlərlə zəngindir. Çaytikanı meyvəsinin şirəsi bir çox xəstəliklərin, o cümlədən mədə-bağırsaq, ürək-damar, sinir sistemi xəstəliklərinin müalicəsi zamanı effektli sayılır. Amma tibbdə çaytikanından alınan yağ daha faydalı vasitə kimi tətbiq olunur. Əczaçılıq üzrə təcrübəli mütəxəssis Sərxan Tağıyev bu yağı ev şəraitində almağın bir neçə üsulunun olduğunu bildirib.
“Meyvələri yaxşı yuyulduqdan sonra xırdalanır, horra halına salınır, tənzifdən süzülür, şirəsi xaric olunur. Cecəsi qurudulur, toz halına salınır, bankaya tökülür, üzərinə qızdırılmış bitki yağı tökülür. Bir gün saxlanılır. Bəzi hallarda horra halında xüsusi bankalara yığılır, sərin yerdə saxlanılır, bir müddət sonra yağ yığılır üzünə, sıyrılıb götürülür”, - deyə Sərxan Tağıyev vurğulayıb.
Qeyd edək ki, çaytikanı meyvələri şaxtalar düşəndən sonra yığılır. Çünki məhz bu dövrdə onun meyvələrində yağlılıq artır. Çaytikanı yağının faydalarına gəlincə, dəri yaraları, yanıqlar zamanı bu yağ çox köməyə çatır. O, ağrıkəsici vasitə olaraq, həm də yaranın sağalma prosesini gücləndirmək üçün olduqca müsbət təsir edir. Orqanizmin bir çox xəstəlikləri zamanı da ondan dərman vasitəsi kimi yararlanmaq olar.
“Mədə-bağırsaq xəstəlikləri zamanı, dəri yaraları, hemoroy xəstəliyində işlədilə bilər. Mədə-bağırsaqda gündə üç dəfə yeməkdən əvvəl içilir. Onkologiyada da istifadə olunur. Şüalanmadan sonra dəriyə sürtülür”, - deyə Sərxan Tağıyev vurğulayıb.
Onu da bildirək ki, ev şəraitində çaytikanı meyvələrindən şərbət, cem, jele, püre kimi müxtəlif məhsullar hazırlamaq olar. Məsələn, onun meyvələrindən şərbət hazırlamaq üçün bunları bilmək lazımdır: 5 kq şirəyə 5 kq şəkər əlavə edilir. 75 dərəcəyə qədər qızdırılır, hissə-hissə şəkər əlavə olunur. Həll olunana qədər qarışdırılır. Cem hazırlamaq üçün 1 kq meyvəyə 800 qram şəkər əlavə olunur. Qızdırılır, meyvəsi yumşalır, qatılaşanda bankalara yığılır.
Təşənayağı- dağlarda bitir.Köklərindən hazırlanmış məhəm antiseptik , soyuqdəymədə istifadə olunur.
Sumağ- Dağlarda bitir.S vitamini ilə zəngindir. Turş dada malikdir. Mikroböldürücü xassəyə malikdir, həzmi asanlaşdırır, iştahı yaxşılaşdırır. Qızdırmanı salır. Qandakı şekerin miqdarını tənzimləyir.
 


































Yemişan-Qırmızı və qara növləri meşələrdə bitir.Çiçəklərində və meyvələrindən istifa Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.       Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiyətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
      Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.
Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.
Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.      Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur.
     Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.     Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şişəleyhinə təsirinə malikdir.
Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif toksiki  maddələrdən təmizləyir.
     Yemişanı kompot, dəmləmə şəklində qəbul etmək olar, çay kimi dəmləmək olar.
Nəzərinizə çatdıraq ki, yemişanı normadan artıq qəbul etmək olmaz. Bu arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər. Günlük norma - 100-150 qr təzə meyvə (quru meyvəni daha az miqdarda qəbul etmək olar).Yemişan çayı1 xörək qaşığı quru giləmeyvənin üzərinə 200 ml qaynar su əlavə edin və 5 dəqiqə ərzində dəmləyin. Daha sonra yumşalmış giləmeyvələri sıxın, 1 çay qaşığı bal əlavə edin və için. Belə çayı adi çay kimi gündə 2 dəfə içmək olar.
Yemişan dəmləməsi7 xörək qaşığı quru giləmeyvəni 2 l-lik termosda dəmləyin və səhərə saxlayın. Səhər dəmləməni süzün, meyvələri sıxın və gündə 1 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmək olar.

















Dağlarımızın, meşələrimizin dərman bitkilərilə bu qədər zəngin olması bura turistlərin cəlb olunmasına səbəb olub. Lahıcda yaradılan "Yaşıl aptek" öz şəfalı bitkiləri ilə min bir dərdin dərmanıdır.




mədəni halda becərilən bitkilərdən Zəfəran haqqında danışmaq istəyirəm.




























Комментариев нет:

Отправить комментарий