Dərman bitkiləri-xalq təbabətində tibbi və baytarlıq praktikasında müalicəvi və profilaktik məqsədlə istifadə olunan geniş bitki qrupudur. Hər hansı bir orqanı-kökü, gövdəsi, yarpağı, çiçəyi, meyvəsi xammal kimi istifadə olunur. Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan mütəlif xəstəliklər zamanı istifadə edirlər.
Dərman bitkilərindən olan bənövşə , dağ laləsi, çobanyastığı, gicitkən, zirə, bağayarpağı, kəklikotu, dəvətikanı yabanı halda rast gəlinən dərman bitkiləridir. İndi isə bu bitkilərin hər birinin ayrı-ayrılıqda şəfalarından danışaq:
Dərman bitkilərindən olan bənövşə , dağ laləsi, çobanyastığı, gicitkən, zirə, bağayarpağı, kəklikotu, dəvətikanı yabanı halda rast gəlinən dərman bitkiləridir. İndi isə bu bitkilərin hər birinin ayrı-ayrılıqda şəfalarından danışaq
İtburnu – İsmayıllı meşələrində geniş rast gəlinən kol bitkisidir. Yüksək arterial təzyiq zamanı, həm də qrip və soyuqdəymə zamanı da geniş istifadə edilir. Azərbaycanda 42 növü vardır. Tərkibi C, K, A vitaminləri ilə zəngindir.
Kəklikotu-Bu bitkinin Azərbaycanda bir-neçə növü var. İsmayıllıda Sürünən kəklikotu çox yayılmışdır.Dağlarda və dağ çaylarının ətrafında bitirlər. Oynaq ağrıları, iltihab əleyhinə istifadə olunur. Mədə -bağırsaq və tənəffüs yolları xəstəliklərində istifadə olunur.
Adi gicitkən-Bu bikinin şirəsində öskürəyin və revmatizmin qarşısını alan məlhəm hazırlanır. Bundan başqa gicitkən vitaminlərlə zəngindir,ona görə də avitaminozda istifadə olunur.
Çobanyastığı-onun çiçəklərindən hazırlanmış cövhərdən iltihab əleyinə, tərqovucu kimi istifadə olunur.
Qara tut-Qanazlığında , vitamin çatışmamazlığında, xroniki qəbizlikdə meyvələrindən istifadə olunur.Yarpaqlarının dəmləməsindən ürək ağrılarında, qan təzyiqi yüksək olduqda istifadə olunur.
Nar-ismayıllı dağlarında və meşələrində yabanı halda bitir. Qanazlığında, immunitet zəiflədikdə istifadə olunur.
Комментариев нет:
Отправить комментарий