пятница, 3 апреля 2015 г.

İsmayıllı Azərbaycanın mirvarisi

Əzəmətli Baba Dağına söykənmiş, coşğun Girdimançayın füsunkar sahil mənzərələri ilə könülləri oxşayan İsmayıllı!!! Təbiət bu yerlərə nələr bəxş  etməmiş....Səfalı yaylaqlar, yaşıl xalı kimi sərilmiş ormanlar, buz bulaqlar bu yerlərin bənzərsiz gözəlliyini tamamlayır.   Bədo bulağı da bu yerlərdədir. Yerli sakinlər bu bulaq haqqında belə deyirlər:" Bədonun şəfalı suyundan içən adamın ömrü uzun olar."

Burda bitən hər bir bitki  bir dərdin dərmanıdır . Şəfalı bitkiləri yüzlərlə xəstəliyin müalicəsində istifadə olunur.

İsmayıllıda yaşayan yaşlı insanlardan öyrəndiklərimiz qiymətli məlumatlar:

      Azərbaycanda meşələr olduqca zəngindir.Burada müxtəlif növ bitki örtüyü vardır ki, bunların əksəriyyəti yalnız Azərbaycanda bitir. Ölkəmizdə 1545 növə qədər şəfalı bitkilər vardır. Həmçinin 240-a yaxın endemik bitki növləri vardır. Quraq ərazidə quraqlığadavamlı, rütubətli ərazilərdə rütubətsevən bitkilər yaylmışdır. Yəni hər bir ərazinin, özünəməxsus bitkilər aləmi vardır. Günümüzdə olan bir çox xəstəliklərin müalicəsində dərman bitkilərinin rolu əvəzedilməzdir. Vacib olanı isə həmin bitkiləri qorumaq və onlardan yetərincə istifadə etməkdir. Azərbaycanın gözəl bölgələrindən olan İsmayıllı rayonunun təbiəti olduqca zəngin olduğu üçün burada bir sıra dərman bitkilərinə yabanı halda rast gəlmək olar. Dağlarda, meşələrdə, çöllərdə yüzlərlə bitki növləri vardır.  Həmçinin hər bir bitkinin də özünəməxsus xüsusiyyətləri vardır. Lakin buna baxmayaraq böyük şəfaları olan bitkilər də yerində istifadə edilmədikdə ağır fəsadlara yol aça bilər.

Комментариев нет:

Отправить комментарий